Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevlə fəxr etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar ABŞ prezidenti və birinci xanımının adından verilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Donald Tramp çıxışında Azərbaycan Prezidentinə xitabən deyib:

"Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız".

"Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə, demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq", - D.Tramp əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 32          Tarix: Bu gün, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma