Xəbər lenti

Filippin Prezidenti Rodriqe Duterte bəyan edib ki, ölkənin cənubundakı müsəlman regionuna muxtariyyətin verilməsi barədə qanunu imzalamaq niyyətindədir.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, qanun Mindanao adasında yaşayan müsəlmanlara muxtariyyətin verilməsini nəzərdə tutacaq.

Xatırladaq ki, Mindanao adasında yaşayan müsəlmanların silahlı qrupları ilə hökumət qoşunları arasında qarşıdurma ötən əsrin 70-ci illərindən davam edir. Müsəlmanlar müstəqillik uğrunda mübarizə aparırlar.

2014-cü ildə barışıq məqsədilə ciddi addımlar atılıb. Üsyançı müsəlmanların böyük qrupu ilə hökumət arasında aparılan danışıqlar zamanı siyasi muxtariyyətin yaradılması barədə çağırışlar səsləndirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 457          Tarix: 25-07-2018, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma