Xəbər lenti

Birləşmiş Ərəb Əmirliklərinin hökuməti avqustun 1-dən etibarən üç aylıq viza amnistiyası proqramı elan edib. Həmin proqram çərçivəsində bu ölkədə olmaq statusunu leqallaşdırmağı arzu edən rezidentlərin burada iş tapmaq məqsədilə altı aylıq müvəqqəti viza almaq üçün müraciət etməsinə imkan verilir.

Azərtac BƏƏ KİV-lərinə istinadla bildirir ki, ölkədə yaranan vakansiyaların paylaşdırılması zamanı BƏƏ-nin İnsan Resursları Nazirliyində qeydiyyata alınmış iddiaçılara üstünlük veriləcək.

Rezidentlərin və əcnəbilərin məsələləri üzrə baş idarənin baş direktorunun müavini Xələf əl-Hait bildirib ki, əgər qeyri-leqallar altı ay ərzində iş tapmasalar, onlar ölkəni tərk etməli olacaqlar.

 




Ana səhifəyə qayıt        Baxış: 426          Tarix: 1-08-2018, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma