Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan arasında sülh və kommunikasiyaların açılması haqqında razılaşmaların icrasına hansı amillərin zəmanət verdiyi barədə suala aydınlıq gətirib.
Oxu.Az Ermənistan KİV-nə istinadla xəbər verir ki, o, ən yaxşı zəmanətin üçüncü tərəfin, xüsusilə də fövqəldövlətin olması fikrini əsassız hesab edib.
"Belə zəmanətlər işləmir, biz bunu öz təcrübəmizdə də gördük", - deyə Mirzoyan bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanla əldə edilmiş bütün razılaşmalar qarşılıqlı faydalıdır.
O, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycanın hər şeyi əldə edəcəyi, Ermənistanın isə heç nə qazana bilməyəcəyi barəsində bəyanatlara da münasibət bildirərək deyib: "Bizim əldə etdiklərimiz bizə sərf edir. Azərbaycanın əldə etdikləri onlar üçün çox əhəmiyyətlidir. Belə olan halda hər iki tərəf razılaşmalara əməl etməkdə maraqlı olacaq. ABŞ Prezidenti Donald Trampın iştirakı isə əlavə bonus hesab edilə bilər", - deyə Mirzoyan bildirib.
Paylaş:




























