Xəbər lenti

"Rusiya Avropa İttifaqı (Aİ) və NATO ölkələrinə hücum etmək niyyətində deyil və Moskva bunu gələcək təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırdır".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir vurğulayıb ki, Rusiya dəfələrlə mövcud Aİ və ya NATO ölkələrindən heç birinə hücum etmədiyini və etmək niyyətində olmadığını bildirib.

"Biz bu mövqeyi Avrasiyanın bu hissəsi üçün gələcək təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırıq, lakin Aİ liderləri bu gələcək zəmanətlərin həqiqətən kollektiv əsasda nəzərdən keçirilməsindən yayınırlar", - deyə Lavrov qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 180          Tarix: Bu gün, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma