Böyük Britaniyanın “Albion” əsas universal desant gəmisi Yaponiya özünümüdafiə qüvvələrinin heyəti ilə birlikdə təlimlər keçirmək üçün Tokioya gəlib.
Azərtac NHK telekanalına istindala xəbər verir ki, bu, həmin gəminin Yaponiyaya ilk səfəridir. Gəminin özünümüdafiə qüvvələri ilə birlikdə dəniz desantının çıxarılması təlimlərində iştirak edəcəyi bildirilir.
Böyük Britaniya gəmisinin kapitanı Tim Neyld deyib ki, bu səfər Kral donanamasının Asiya-Sakit okean regionuna marağının dəyişməzliyini bir daha təsdiq edir. T.Neyld əlavə edib ki, “Albion” Yaponiya tərəfi ilə dənizdə Şimali Koreya gəmilərinə qeyri-qanuni yük köçürmələrinin monitorinqində də əməkdaşlıq edib.
Yaponiya və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi barədə ötən il imzalanmış razılaşma çərçivəsində birgə təlimlər keçirirlər. “Albion” cari ildə Yaponiya limanlarına daxil olan ikinci Böyük Britaniya gəmisidir.
Paylaş: