“Middle East Eye”
Türkiyə – Tramp administrasiyasının xarici dünya ilə çirkin əlaqələrində yalnız bir fəsildir; ikitərəfli əlaqələrindəki eniş-yoxuşlar və böhranlar digərlərindən fərqli deyil.
Bu gün yaşadığımız şeylər Obama dövründə qeyri-praktik, pasifist qərarsızlıqla müalicə olunan qlobal problemlərin nəticələridir. Bu, bizi prezident Donald Trampın radikal qərarları ilə dalana gətirib-çıxarıb.
Tramp dövründə ABŞ çox mürəkkəb xarici siyasət yürüdür. Maliyyə bazarları dəyişkənliyi hesablamaq üçün “qorxu indeksi” kimi tanınan VIX-dən istifadə edir. ABŞ-ın yeni iqtidarı zamanından Birləşmiş Ştatların qlobal siyasi və iqtisadi əlaqələri çox açıq şəkildə qorxu indeksinə çevrilib.
Palliativ geosiyasət
Bu, yalnız qeyri-müəyyənliyi gücləndirmir və qlobal problemlərin konstruktiv həllinə mane olmur, eyni zamanda, mövcud ümumi zəmini də məhv edir və bizi palliativ geosiyasətə yönəldir. Trampın qorxu indeksinə əhəmiyyətli dərəcədə nüfuz edən amillərdən biri – köklü qərarların Türkiyə-Amerika əlaqələrinə birbaşa təsir göstərdiyi Yaxın Şərq siyasətidir.
Bu gün Vaşinqtonla məhsuldar əlaqələr qurmaq üçün mümkün yol xəritəsi belədir: birincisi, Trampı xoşbəxt et və ABŞ Konqresini qıcıqlandırma və ya əksinə. Bundan sonra, elə davran ki Trampı hədəf alan ABŞ mediası sənə qarşı çıxmasın.
İndiyə qədər İsrail baş naziri Binyamin Netanyahu istisna olmaqla, heç kim bunu bacara bilməyib. Bütün bu addımlar atıldıqdan sonra da, Trampla razılaşdığını düşündüyün məsələ ilə əlaqədar onun “tweet” atmayacağına ümid et.
Ankara və Vaşinqton arasında bütün problemlər sabiq prezident Barak Obama dövründə asanlıqla həll edilmiş və ya ən azı asanlıqla həll edilə bilərdi. Hətta oğul-Corc Buş dövründə İraqın işğalı əsnasında, Türkiyə ABŞ-ı qüvvətləndirməkdən imtina etdikdən sonra belə rasional əlaqə qırılmayıb.
Neokonların “11/9 üçün intiqam alaraq” İraqın dağıdıcı işğalı, demokratların Yaxın Şərqdə məsuliyyətsiz bölgədən çəkilmə siyasəti dərin böhrana səbəb olub. Bu, Türkiyə-ABŞ münasibətlərindəki böhranı da dərinləşdirib.
Vaşinqtonun Yaxın Şərqdə itirdiyi geosiyasi perspektiv Tramp dövründə baş verən səbatsız xarici siyasət dalğasına çevrilib.
Məsuliyyətsiz siyasət
Ankara ilə Vaşinqton arasındakı son mübahisələr zahirən həbsdə olan bir pastora görə olma kimi görünsə də, problem Obama dövründə kök atıb: Vaşinqtonun Kürdüstan İşçi Partiyası (PKK) və Gülən hərəkatına himayəsi; Ankara-Vaşinqton əlaqələrini girov götürən ABŞ rəhbərliyinin Türkiyədəki 15 İyul 2016-cı il tarixli dövlət çevrilişi cəhdinə təpkisi.
Çevriliş cəhdinin bir sütunu Türkiyədə ikən, digər ayağı ABŞ-da idi, amma Vaşinqton bu həqiqəti qəbul etməyib.
Dövlət çevrilişi təşəbbüsünün Vaşinqtondan bir neçə saat uzaqlıqda yaşayan Fəthullah Güləndən gəlməsi ABŞ-ı hərəkətə gətirməli idi, amma bu baş verməyib. ABŞ hətta terror təşkilatına rəğbətini də gizlətməyə çalışmayıb.
ABŞ-ın iki administrasiyası bu cür məsuliyyətsiz siyasətin strateji və tarixi əlaqələrə malik olduğu tərəfdaşa və ümumən Yaxın Şərqə təsirini hələ də izah edə bilmir. Məsələ bu gün pastor Endryu Bransonun taleyi ilə bağlı deyil. Əsl problem ABŞ-ın Türkiyənin və bütün bölgənin geosiyasi böhranına səbəb ola biləcək qanlı çevriliş təşəbbüsünün müxtəlif təsirlərini görməməzliyə vurmasıdır.
Vaşinqtonun Türkiyə ilə problemli əlaqələrindəki digər amil PKK-dır. ABŞ rəhbərliyi PKK ilə – Türkiyənin sərhədlərini adladıqdan sonra, Suriya tərəfində Demokratik Birlik Partiyası (PYD) halına gələn terrorçu qrupla təmasdan imtina etmir.
Vaşinqton terror hücumlarında minlərlə adamın öldürülməsinə görə məsuliyyət daşıyan bir qrupla açıq şəkildə əməkdaşlıq edir.
Oda yağ tökmə
Vaşinqton ABŞ-da terrorist qrup olaraq siyahıya alınmış silahlı qrupla hərbi əməkdaşlıq edir və Türkiyənin buna sakit yanaşacağını gözləyir. Gülənçilərlə olduğu kimi.
Ankara-Vaşinqton münasibətlərindəki enişi dayandırmaq və gələcəkdə ikitərəfli əlaqələr üçün məhsuldar zəmin yaratmaq üçün ABŞ çevriliş təşəbbüsü prioritet hesab edilməli və PYD / PKK ilə münasibətləri kəsməlidir. Gülən və onun tərəfdarları ABŞ-dan baza kimi istifadə etdikcə və PKK-nın Suriyada zəmin qazanmağa davam edənə qədər Vaşinqton-Ankara münasibətləri kilidlənəcək.
Normal şərtlərdə bu iki məsələ Türk-Amerika əlaqələrindən kənarda qalmalıdır.
ABŞ-ın öz müttəfiqini itirmək hesabına iki terrorçu qrupla sıx əlaqə saxlayacağı beş il əvvəl heç kimin ağlına gəlməzdi.
Əgər Tramp embarqo təhdidləri ilə oda yağı tökməyə davam etsə, diplomatik qələbənin ümidləri daha da azalacaq.
Tərcümə: Strateq.az
Paylaş: