Xəbər lenti

Danimarkanın paytaxtı Kopenhagendə miqrantların küçələrə çıxması qadağan edilir.  Buna səbəb ötən həftə Danimarkada bir kəndçinin 6 miqrant gəncin hücumuna məruz qalmasıdır. Danimarka Xalq Partiyasının sözçüsü Martin Ehnrikse də miqrantların düşərgələrdən kənara çıxmasının qadağan olunmasını tələb edib. Oxşar təklifi Danimarka Sosial Demokrat Partiyasının hüquqşünası Trine Bramsen də edib. O, miqrasiya naziri İnger Stöjbergə müraciət edərək, miqrantların gecələr küçələrə çıxmasının qadağan olunmasını təklif edib. Artıq sözügedən təkliflər Danimarka parlamentinə göndərilib. Bununla bağlı qanunun yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir. Qanun qəbul olunarsa, Danimarkada miqrantların küçələrə çıxması qadağan olunacaq. Qanunun tələblərini pozan miqrantların defolt və cərimə edilməsi cəzaları nəzərdə tutulur. Publika.az xarici mediaya istinadən xəbər verir. 




Ana səhifəyə qayıt        Baxış: 803          Tarix: 22-05-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma