Xəbər lenti
 Hadisə Solsberi şəhərində yerləşən və 13-cü əsrdə inşa edilən Müqəddəs Məryəm kafedral kilsəsində baş verib Ötən il Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal zəhərlənmiş və Britaniya bu hadisədə Rusiyanı ittiham etmişdi. Rusiya isə Britaniyanın bu iddiasını rədd etmişdi.
 "Haber7" xəbər verir ki, Böyük Britaniya ilə Rusiya arasında böyüyən bu böhran baş verən yeni bir hadisə ilə daha da dərinləşib. Hadisə Solsberi şəhərində yerləşən və 13-cü əsrdə inşa edilən Müqəddəs Məryəm kafedral kilsəsində baş verib.

Belə ki, kilsədə təmir-bərpa işləri aparılan zaman təmir-bərpa gedən hissəsindən Rusiyanın bayrağı asılıb. Kilsədə bazar günü keçirilən ayindən sonra naməlum 2 nəfər tərəfindən kilsənin təmir-bərpa dirəklərinə böyük Rusiya bayrağı asılıb. Və bu hadisə Britaniya mediasında geniş işıqlandırılıb.

Britaniya mətbuatı "Skirpal işi"ndən sonra Rusiyanın güc nümayiş etdirməyə çalışdığını iddia edib. Rusiya Baş Konsulluğu isə hadisəni təxribat adlandırıb. Belə ki, konsulluq bayrağın ruslar tərəfindən oraya asılmadığını və Rusiyanın bu hadisəyə heç bir aidiyyəti olmadığını açıqlayıb.

Bundan əlavə, Rusiya diplomatik nümayəndəliyi bayraq hadisəsi ilə bağlı verdiyi açıqlamada bəyan edib ki, "kilsəyə bayraq asma hadisəsinin ötən il baş verən Skripal hadisəsi ilə əlaqələndirilməsi son dərəcə üzücüdür".

Xatırladaq ki, ötən ilin martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə tapılmışdı. Skripalların naməlum maddə ilə zəhərləndikləri məlum olmuşdu.

Britaniya hökumətinin rəyinə görə, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər. Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Mütəxəssislər, ümumiyyətlə, bu maddənin Birləşmiş Krallığa necə gəlib çıxdığını da müəyyən edə bilməmişdi. 

Bütün bunlara baxmayaraq, rəsmi Moskva ittihamları qəbul etmir və baş verənləri Rusiyaya qarşı düşünülmüş ssenari kimi qiymətləndirir.

Böyük Britaniya ilə Rusiya arasında böyüyən bu böhran baş verən yeni bir hadisə ilə daha da dərinləşib. Hadisə Solsberi şəhərində yerləşən və 13-cü əsrdə inşa edilən Müqəddəs Məryəm kafedral kilsəsində baş verib.

Belə ki, kilsədə təmir-bərpa işləri aparılan zaman təmir-bərpa gedən hissəsindən Rusiyanın bayrağı asılıb. Kilsədə bazar günü keçirilən ayindən sonra naməlum 2 nəfər tərəfindən kilsənin təmir-bərpa dirəklərinə böyük Rusiya bayrağı asılıb. Və bu hadisə Britaniya mediasında geniş işıqlandırılıb.

Britaniya mətbuatı "Skirpal işi"ndən sonra Rusiyanın güc nümayiş etdirməyə çalışdığını iddia edib. Rusiya Baş Konsulluğu isə hadisəni təxribat adlandırıb. Belə ki, konsulluq bayrağın ruslar tərəfindən oraya asılmadığını və Rusiyanın bu hadisəyə heç bir aidiyyəti olmadığını açıqlayıb.

Bundan əlavə, Rusiya diplomatik nümayəndəliyi bayraq hadisəsi ilə bağlı verdiyi açıqlamada bəyan edib ki, "kilsəyə bayraq asma hadisəsinin ötən il baş verən Skripal hadisəsi ilə əlaqələndirilməsi son dərəcə üzücüdür".

Xatırladaq ki, ötən ilin martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə tapılmışdı. Skripalların naməlum maddə ilə zəhərləndikləri məlum olmuşdu.

Britaniya hökumətinin rəyinə görə, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər. Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Mütəxəssislər, ümumiyyətlə, bu maddənin Birləşmiş Krallığa necə gəlib çıxdığını da müəyyən edə bilməmişdi.

Bütün bunlara baxmayaraq, rəsmi Moskva ittihamları qəbul etmir və baş verənləri Rusiyaya qarşı düşünülmüş ssenari kimi qiymətləndirirdi.







Ana səhifəyə qayıt        Baxış: 588          Tarix: 18-02-2019, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma