Xəbər lenti

 

Özbəkistanda bu dəfə vilayət daxili işlər idarəsinin rəisinin tabeçiliyindəki rayon polis rəislərini söyüb təhqir etdiyinə dair audioyazı “Azadlıq” radiosunun özbək xidmətinə sızdırılıb.

Qaşqadərya vilayəti üzrə Daxili İşlər İdarəsinin rəisi, milis podpolkovniki Dilşod Tursunbayevin rayon milis rəislərini söyməsinə səbəb onların əkin sahələrinə peyin daşımaq üçün kifayət qədər maşın göndərməməsidir.

Mənbə “Azadlıq” radiosuna Tursunbayevin iki səs yazısını göndərib, həmin səs yazıları avqustun əvvəllərində keçirilən iki müşavirəyə aiddir. Belə ki, vilayətin polis rəisi tabeçiliyindəki rayon rəisləri ilə “Robot” sisteminin köməyi ilə öz kabinetindən müşavirə keçirir, bu zaman rayon rəisləri də öz kabinetlərində olurlar.

Birinci audioyazıda Tursunbayev rayon daxili işlər idarələrinin rəislərini əkin sahələrinə peyin daşımaq üçün yetərli sayda maşın çıxarmadıqlarına görə söyür.

“Mən sizə tapşırıq vermişdim, heyvanlar,...! ...sizi söyəndə üstəlik inciyirsiniz,...! Mubarek 17 maşın göndərib, Kamaşi-27, Kasan-24, Kitab-10. Siz ölülərə oxşayırsınz,...”-o deyir.

Sonra Tursunbayev peyin daşımaq işinə yol polisinin cəlb edilməməsinə görə milis rəislərini söyür.

“Sizin hamınızda QAİ var,...! Müavinləri var! Qancıq uşaqları,....! Sizə daha nə deməliyəm ki, işləyəsiniz? Qancıqlar, axı dövlət başçısı deyir, niyə öz taleyinizə belə laqeydsiniz, o deyir ki, cinayət məsuliyyətinə cəlb olunacaqsınız, siz nə edirsiniz, q...r? Raport yazın və gedin! Əgər sizin peyin daşınma üzrə bu gün belə göstəriciləriniz varsa elə bu gün axşam kabinetimə gəlin, sizinlə orada danışacam! Sizə iki tapşırıq vermişəm-həyətyanı əkin sahələri və sahələrə peyin daşınması. Niyə onlarla məşğul olmursunuz? Sizi bu gün axşam tutub s..!”,-rəis qışqırır.

İkinci audioyazıda isə Tursunbayev online-müşavirədə iştirak etməyən əməkdaşları təhqir edir. “İlk növbədə sizin paqonlarınızı sökəcəyəm, q...r! Heyvanlar, q...r! Qoy heç olmasa bir növbətçi cəsarət edib iştirak etməsin! Vaxt elan ediləcək, əgər sizlərdən kimsə xəstələnsə, dalından nəsə çıxsa o zaman milis rəisləri özləri iştirak edəcək. Sizinlə daha necə danışım ki, anlayasınız? Doğrudanmı özünüzə hörmət etmirsiniz, sizin hamınızı tutub s... lazımdır”,-rəis söyüşlər yağdırır.

Səs yazılarını radioya rayon milis idarələrindən birinin rəis müavini sızdırıb. Yerli milis rəhbərliyində işləyən digər mənbə səs yazılarının Tursunbayevə aid olduğunu təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Özbəkistanda dəfələrlə vilayət və şəhər icra hakimlərinin tabeçiliklərindəki məmurları söydüklərinə dair səs yazıları sızdırılıb. Prezident Şövkət Mirziyoyev söyüşcül məmurlara bir neçə dəfə xəbərdarlıq edib və onların özlərini apara bilmədiklərini, ölkəni biabır etdiklərini deyib.\\\Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 268          Tarix: 26-08-2019, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma