Xəbər lenti

 

Rusiya ABŞ Konqresinin respublikaçı senatoru Ron Consona viza verməkdən imtina edib.

“Ovqat.com” RİA “Novosti”yə istinadən xəbər verir ki, müvafiq press-reliz konqresmenin saytında dərc edilib.

Qeyd olunub ki, Conson Konqresin ikipartiyalı nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edəcəkdi. O, səfər çərçivəsində rusiyalı rəsmilərlə, ABŞ biznesinin nümayəndələri o cümlədən, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək danışıqlar aparmağı planlaşdırdı.

Rusiya Xarici İşlər Nazirliyi məlumata hələ münasibət bildirməyib. 




Ana səhifəyə qayıt        Baxış: 205          Tarix: 27-08-2019, 09:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma