İtaliya hökuməti Almaniyanın “Lifeline” qeyri-hökumət təşkilatına məxsus, 101 nəfər miqrantı daşıyan “Eleonore” gəmisinin ölkə limanlarına girişini qadağan edən sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sənədi İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini, müdafiə naziri Elizabetta Trenta və nəqliyyat naziri Danilo Toninelli imzalayıblar.
DİN-in bəyanatına görə, sərəncam Almaniya QHT-sinin İtaliya sahillərinə yaxınlaşmaq cəhdləri qarşısında hökumətin yekdil olduğunu ifadə edir.
Qeyd edək ki, bir qədər əvvəl adıçəkilən gəmi Liviya sahilləri yaxınlığında 101 miqrantı xilas edərək şimala doğru istiqamət alıb. İtaliya limanlarına Aralıq dənizi hövzəsinndə miqrantları xilas edən qeyri-hökumət təşkilatlarına məxsus gəmilərin girişinə ötən ilin yayından rəsmi qadağa qoyulub.
Paylaş: