Xəbər lenti

İtaliya baş nazirinin müavini deyir ki, ölkəsi Avropa Birliyinin Rusiyaya sanksiyaları yeniləməsinə qarşı çıxacaq. Ancaq onu da bildirib ki, Roma AB-nin qalan hissəsi ilə əlaqələri kəsməyə, sanksiyalara veto qoymağa hazır deyil.

“Ona görə buraya gəlmişəm ki, sanksiyaların iqtisadi, sosial və mədəni dəlilik olmasından əminəm”,  Matteo Salvini oktyabrın 17-də Moskvaya səfəri zamanı deyib. Həm də İtaliyanın daxili işlər naziri olan Salvini İtaliyanın ifrat sağçı Liqa partiyasının rəhbəridir.

Sanksiyalar Moskvaya Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra tətbiq olunub. AB-nin aparıcı ölkələri olan Almaniya və Fransa münaqişənin bitirilməsinə doğru irəliləyiş əldə olunanadək sanksiyaların qüvvədə qalmalı olduğunu deyirlər.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 211          Tarix: 18-10-2018, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma