Birləşmiş Ştatlar Konqresində ABŞ lideri Donald Trampın impiçmenti çərçivəsində araşdırma aparan demokratlar tezliklə müvafiq məruzəni Hüquq komitəsinə göndərməyi planlaşdırırlar.
Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədri Adam Şiff bildirib ki, prezident Donald Trampın impiçmenti çərçivəsində araşdırma aparan komitələr tezliklə məruzəni Hüquq komitəsinə göndərəcəklər.
Qeyd edilir ki, demokrat Şiff Konqresdəki həmkarlarına məktub yazaraq, bu məsələnin millətin təhlükəsizliyi və seçkilərin dürüstlüyünün müdafiəsi baxımından əlavə "vaxt gözləmədiyi"ni bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Konqresdə özünün impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb. Dövlət başçısının sözlərinə görə, amerikalılar şahidlərin ifadələri haqqında öz fikirlərini söyləməlidir.
Paylaş: