Xəbər lenti

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Dövlət İslahatları Komitəsi və Hüquq Komitəsinə daxil olan Demokratlar Partiyasının üzvləri ABŞ prezidenti Donald Trampa, ədliyyə naziri Ceff Seşnsa və Ağ Evin bir neçə yüksək vəzifəli məmuruna qarşı dərhal istintaq başladılmasını tələb edən məktub imzalayıb.

Ovqat.com xəbərinə görə, "Report" "The Hill" nəşrinə istinadən xəbər verir ki, Komitə sədrlərinə ünvanlanmış məktubu bu komitələrə daxil olan 33 demokratın hamısı imzalayıb.

Məktubda D.Trampın prezident kampaniyası və onun rusiyalı məmurlarla əlaqələri üzrə hazırda Federal Təhqiqatlar Bürosu, Ədliyyə Nazirliyi və Konqres tərəfindən aparılan araşdırmalara maneə törətmək cəhdlərinin olub-olmamasının dərhal istintaq vasitəsilə müəyyənləşdirilməsinin zəruriliyi göstərilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərindən sonra seçki kampaniyasına iddia olunan xarici müdaxilə üzrə araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 17-05-2017, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma