Dövlət Departamentinin keçmiş rəhbəri və ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton ABŞ prezidenti Donald Trampı xəyanətdə ittiham edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Klinton Trampın ölkəni satdığını bildirib.
“ABŞ prezidenti bizim ölkəmizi satdı. Bu, siyasi bəyanat deyil, bu, sərt reallıqdır və biz hərəkət etməliyik. O, bizi güclü və azad edən dəyərlər üçün aşkar təhlükədir”, - Klinton tvitter hesabında yazıb.
Həmçinin, keçmiş dövlət katibi qeyd edib ki, prezidentin impiçmenti haqqında təklifi dəstəkləyir.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi ötən gün Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığını impiçment üçün əsas hesab edir. Xəbər agentliklərinin bildirdiyinə görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını tələb edirdi. Demokratlar məhz bunda “seçkilərin bütövlüyünün pozulmasını” görürlər.
Paylaş: