Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Çinin şimal-şərqindəki Tszilin əyalətində 34 nəfərdə koronavirusa yoluxma aşkar ediləndən sonra hakimiyyət sərt karantin tətbiq edib.
Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, nəticədə 108 milyon adam sərt özünütəcrid rejiminə keçib.
Bildirilir ki, vilayətdə avtobusların və qatarların hərəkətləri dayandırılıb, məktəblər bağlanıb, on minlərlə adam evlərinə qapadılıb.
“Sərt tədbirlər bir çox yerli sakinlərdə çaşqınlıq yaradıb, çünki onlar koronavirus epidemiyası təhlükəsinin arxada qaldığını düşünürdlər”,-agentlik bildirib.
Əyalətin şəhərlərindən birinin-Şulanın hakimiyyəti ela edib ki, onlar epidemiyanın qarşısını almaq üçün sərt tədbirlər görəcəklər.
Şəhərdə koronavirusa yoluxma diaqozu təsdiqlənən və ya virusa yoluxma şübhəsi olan şəxslərin yaşadıqları bütün yaşayış kompleksləri bloklanacaq, belə yaşayış komplekslərindən ancaq hər ailədən bir nəfərin gündə bir dəfə zəruri malları almaq üçün 2 saatlıq küçəyə çıxmasına icazə veriləcək.
Tszilin əyaləti ilə Çinin digər regionları arasında gediş-gəliş hələ mayın 13-dən dayandırılıb. Habelə toplantılar, ictimai yerlərdə yığıncaqlar qadağan edilib, teatr və kafelər, restoranlar bağlanıb. Həmin gün cəmi 21 yoluxma təsdiqlənmişdi. Bununla belə vitse-mer Hay Dunpin bildirmişdi ki, bu yoluxma halları çox ciddidir və virusun sonrakı yayılması riskini yaradır.
Xəbər verilir ki, Tszilin əyalətindən başqa regionlara gedənlər üçün təyinat yerində 14 günlük məcburi karantin tətbiq edilir. Habelə hakimiyyət orqanları apteklərdə qızdırma salan dərmanların satışını dayandırıb ki, insanlar koronavirusun simptomlarını gizlədə bilməsinlər.
Mayın 13-də Tszilin şəhərinə Çinin baş nazirinin müavini Sun Çunluan gedib, o, Uhanda koronavirusa qarşı mübarizə qərargahına rəhbərlik edirdi. Baş nazirin müavininin səfərindən sonra beş yerli məmur, o cümlədən yerli səhiyyə komissiyasının rəhbəri, Çin Kommunist partiyasının regional şöbəsinin rəhbəri işdən azad ediliblər.
Tszilin əyalətində indiyədək cəmi 127 yoluxma halının aşkar edildiyi bildirilir. Çin məmurları virusun Rusiyadan qayıdan şəxslərdən keçə biləcəyini təxmin edir. Tszilin əyaləti Rusiyanın Primorsk vilayəti ilə həmsərhəddir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar