Xəbər lenti


Ağ evin "boz tülkü"sü adlandırılan, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonun yeni çap edilən "Bu otaqda baş verənlər: Ağ evlə bağlı xatirələr" kitabında ABŞ prezidenti Donald Tramp haqqında qalmaqallı fikirlər yer alıb. 

Moderator.az-ın məlumatına görə, müəllif bildirib ki, Donald Tramp qüdrətli Amerika dövlətini zəiflətməyə çalışan yeganə prezidentdir. 

Bolton yazıb ki, Tramp heç zaman siyasətçi olmayıb, bu işi bacarmayıb və bacarmır da. Bolton öz kitabında Trampın düşünülməmiş addımlarından söz açıb və onun kütbeyinliyindən ölkənin hələ çox əziyyət çəkəcəyini vurğulayıb. Milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçi kitabında Donald Trampı belə xarakterizə edib: 

"Trampın siyasi nöqteyi-nəzərdən elə bir addımı yoxdur ki, onun fəaliyyətinə bəraət verəsən, haqlı olduğunu söyləyəsən. Donald Tramp xaosa aparan yolun yolçusudur. O bizə düşmən olanlara (Con Bolton öncə Rusiyanı nəzərdə tutur) isti qucaq açdı, beləliklə də dostlarımız, müttəfiqlərimiz bizdən üz çevirdilər. Bu adam düşməni ancaq öz hakimiyyəti daxilində axtarır". 

Oxuculara yeni təqdim edilən Con Boltonun bu kitabı haqqında artıq ABŞ-ın bir çox siyasətçiləri, nüfuzlu media adamları fikir bildiriblər.



Ana səhifəyə qayıt        Baxış: 2 660          Tarix: 13-06-2020, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma