Xəbər lenti

“Svoboda.org”, ABŞ, 26 iyun 2020-ci il
 
ABŞ Dövlət katibi Mayk Pompeo Avropa ölkələrini öz təhlükəsizliklərinə, o cümlədən Çin və Rusiyadan gələn təhdidlərə daha ciddi yanaşmağa çağırıb.
“Amerikanın səsi” radiosunun verdiyi məlumata əsasən, o, bu barədə çağırışı Alman Marşall Fondunun cümə axşamı günü təşkil etdiyi veb-tədbirdə edib.
Mayk Pompeonun sözlərinə görə, ABŞ Rusiya hakimiyyətinin siyasətinə “ciddi təhdid” kimi baxdığı halda, bir sıra Avropa ölkələri Moskvaya daha az ehtiyatla yanaşırlar. O, misal olaraq, Almaniyanın hərbi xərclərinin ÜDM-in 2%-indən az olduğunu göstərib.
ABŞ-ın rəyinə əsasən, Avropa öz müdafiəsinə görə məsuliyyət səviyyəsini artırmalıdır.
Dövlət katibi onu da açıq şəkildə bildirib ki, Vaşinqtonun fikrinə görə, Almaniyanın iştirakı ilə “Şimal axını-2” qaz boru kəmərinin tikintisi Almaniyanın və bütövlükdə Avropa Birliyinin Rusiyadan asılılığını artırır.

Mayk Pompeo deyib: “İndi Almaniyanın enerjisinin əhəmiyyətli hissəsi Rusiya ilə o qədər dərin və təməlli şəkildə bağlı olacaq ki, böyük ehtimalla, hələ kifayət qədər uzun müddətdə hakimiyyətdə qalacaq Vladimir Putinin Almaniyaya, – əgər o, buna qərar verərsə, – əhəmiyyətli ölçüdə zərər vermək imkanı, özü də real imkanı olacaq”.
Hazırda Baltik dənizinin dibi ilə qaz boru kəmərinin tikintisi ABŞ-ın tətbiq etdiyi sanksiyalar üzündən dayandırılıb, lakin bəzi məlumatlara görə, Rusiya tikintini bərpa etməyə hazırlaşır.

Bu layihənin qiymətləndirilməsilə bağlı Almaniya hakimiyyəti ilə Vaşinqton arasında fikir ayrılığı mövcuddur. Yaxınlarda Bloomberg agentliyi məlumat verib ki,  Almaniya AB-dən olan tərəfdaşları ilə ABŞ-ın sanksiyalarına əlaqələndirilmiş siyasətlə cavab vermək imkanlarını müzakirə edir.
Pompeo, ABŞ hərbi kontingentinin bir hissəsinin bu ölkədən çıxarılmasını məhz Vaşinqtonun Almaniyanı müdafiə sahəsində daha aktiv əməkdaşlığa təşviq etmək istəyilə izah edib.
Ancaq Pompeonun çıxışının böyük hissəsi Çinə həsr edilib. Pompeo Çinə yönəlik ümumi əlaqələndirilmiş siyasət aparmaq məsələsiylə bağlı ABŞ-la AB arasında dialoqa çağırış edib.
“Amerikanın səsi” radiosu qeyd edir ki, ABŞ Çinə münasibətdə Avropa Birliyinə nisbətən daha sərt mövqe tutur. Vaşinqtonun rəyincə, Pekin bütün dünya üzrə öz siyasi, iqtisadi və hərbi təsirini artırır, mövcud dünya nizamını, Qərbin demokratik institutlarını pozur, avtoritarizm və korrupsiyanı yayır.strateq.az




Ana səhifəyə qayıt        Baxış: 2 919          Tarix: 28-06-2020, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma