Mayk Pompeonun regiona səfərləri kəşfiyyat xarakterlidir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Dövlət katibi Mayk Pompeonun Özbəkistan və digər postsovet ölkələrinə səfərini şərh edərkən deyib. O bildirib ki, Amerika postsovet, xüsusən Mərkəzi Asiya ölkələrini Rusiya təsirindən çıxartmadan Rusiyanı zəiflətməyin mümkün olmadığını yaxşı bilir:
“Bu gün belə bir tendensiya var ki, Mərkəzi Asiyaya sahib olmadan Avrasiya materikinə hökm etmək mümkün deyil. ABŞ yaxşı başa düşür ki, bu ölkələr bütövlükdə Rusiyanın siyası maraq dairəsindədir. Rusiyanın tətbiq etdiyi təzyiq siyasəti bu ölkələrin azad xarici siyasət və inteqrasiya prosesinə ən böyük maneədir.
Pompeonun regiona səfəri əslində bu ölkələrin Rusiya ilə münasibətlərini anlamaq, narazılıqlarını öyrənmək mahiyyəti kəsb edir. Digər tərəfdən ABŞ çalışır ki, bu ölkələrə təminat verərək dəstəyini nümayiş etdirsin və beləliklə, onların Rusiya ilə bağlarını zəiflətsin. Artıq ABŞ Ukrayna və Gürcüstanı Rusiyadan qopara bilib”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Qırğızıstanın ardınca ötən gün Özbəkistana səfərə gəlib.
Paylaş: