Xəbər lenti


İsrail Silahlı Qüvvələrinin Suriyanın İraqla həmsərhəd bölgəsi olan Əlbukamala son hava hücumlarında İrana bağlı azı 15 hərbçi ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları Monitorinq Qrupunun rəhbəri Rami Ədbürrəhman məlumat yayıb.
Onun sözlərinə görə, avqustun 2-də “İmam Əli” Qərargahı bombardman edilib.

Qeyd edək ki, “İmam Əli” Qərargahı Qasım Süleymaninin “Qüds” Briqadasına rəhbərlik etdiyi dövrdə tikilib. İsrail dəfələrlə qərargahı onlara qarşı təhdid yaratdığını bəyan edib.

Rəsmi Tel-Əviv son son hücumların da İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini təsdiq edib.




Ana səhifəyə qayıt        Baxış: 3 173          Tarix: 5-08-2020, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma