Xəbər lenti
27-11-2024, 19:25

 
“Litva, Latviya, Estoniya və Polşa Belarusda vəziyyətin tənzimlənməsi prosesində vasitəçi rolunu öz üzərlərinə götürməyə hazırdırlar”. 
 
Ovqat.com xəbər verir ki, Litva Prezidenti Gitanas Nausedanın mətbuat xidməti bu məlumatı yayıb.
 
Məlumata görə, dörd ölkənin dövlət başçıları bu məsələ ilə bağlı xüsusi bəyannamə qəbul ediblər.
 
"Biz Belarusdakı böhranın sülh yolu ilə həllində, onun müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində vasitəçilik etməyə hazırıq", - deyə bəyannamədə deyilir.
 
 Bəyannaməni imzalayan dövlət başçılarının fikrincə, vasitəçilik missiyası "bu cür böhranın həlli üçün istifadə olunan ən uğurlu diplomatik vasitədir".
 
Bildirilir ki, bəyannamə üç bənddən ibarətdir: 
 
“Belarus hökuməti 9 avqust prezident seçkisinin nəticələri ilə bağlı etirazçılara güc tətbiqindən imtina etməli;
Şaxlanılanların azad olunmalı; 
Vətəndaş cəmiyyətinin nümayəndələri ilə dialoqa başlanmalıdır. 
 
Nausedanın fikrincə, dialoqun platforması hakimiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrindən formalaşmış Milli Barışıq Şurası ola bilər; hansı ki, onun məqsədi böhrandan çıxış yollarını axtarmaqdır. 
 
“Belə bir forum milli dialoq sahəsində atılmış ən məqbul addım olardı. Qəti şəkildə əminik ki, dialoq sosial inkişafı təşviq etmək, islahatların və ölkənin gələcəyini müzakirə etmək üçün ən yaxşı vasitədir", - deyə Baltikyanı ölkələrin və Polşa prezidentlərinin bəyannaməsində bildirilir.
 
Qeyd edək ki, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bəzi  xarici ölkələrin Belarusa “misligörünməmiş” təzyiqlər etdiyindən gileylənmişdi. Görünür, xanım Zaxarovanın qınadığı “xarici təzyiqlər” arasında Baltikyanı ölkələrin və Polşanın prezidentlərinin bu bəyannaməsini də var.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 075          Tarix: 13-08-2020, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma