"İran Səudiyyə Ərəbistanını heç vaxt düşmən hesab etməyib".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.
Nazir iki ölkə arasındakı mübahisələr və fikir ayrılıqlarının bəzən diplomatik münasibətlərin kəsilməsinə səbəb olduğunu, lakin İranın heç vaxt Səudiyyə Ərəbistanını düşmən hesab etmədiyini vurğulayıb.
"Bizim aramızda bir çox anlaşılmazlıqlar olub və islam inqilabından sonra bölgədəki dostlarımız arasında bəzi fikir ayrılıqları yaranıb", - XİN başçısı qeyd edib.
Əraqçının istinad etdiyi anlaşılmazlıq və gərginliklər tarixə əsaslanan ciddi bir mübahisə ilə əlaqəlidir. Bu mübahisə, xüsusilə 2015-ci ildə Səudiyyə Ərəbistanında baş vermiş faciəvi Həcc ziyarəti zamanı 2236 zəvvarın həlak olmasından sonra dərinləşib.
Paylaş:




























