Şimali Koreya müharibə nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək üçün Rusiyaya minlərlə əsgər göndərməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi ölkənin Milli Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.
Əldə edilən məlumata görə, Rusiyaya təxminən 5 min Şimali Koreya mühəndis əsgərinin gələcəyi, daha 1000 əsgərin isə mina təmizləmə işlərində ixtisaslaşacağı gözlənilir.
Millət vəkili Li Sonq-qvonun sözlərinə görə, sentyabr ayından bəri bu əsgərlər mərhələli şəkildə Rusiyaya köçürülüb və orada tikinti və bərpa işlərinə cəlb olunublar.
Deputat əlavə edib ki, Seul Rusiyaya əlavə hərbi qüvvə göndərilməsi üçün təlim və seçim prosesinin davam etdiyini də müşahidə edir.
Ümumilikdə, Seul Pxenyanın Rusiyaya 10 minə qədər döyüşçü göndərəcəyini iddia edir. Bildirilir ki, Ukrayna müharibəsi zamanı azı 600 Şimali Koreya əsgəri həlak olub.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti bundan əvvəl Rusiyaya döyüş üçün göndərilən təxminən 2 min Şimali Koreya hərbçisinin öldüyünü açıqlayıb.
AFP agentliyi isə yazır ki, 2024-cü ilin oktyabrından etibarən Şimali Koreya Rusiyaya təkcə hərbi personal deyil, həm də artilleriya mərmiləri, raketlər və uzaqmənzilli raket sistemləri göndərib.
Paylaş:




























