Xəbər lenti


ABŞ hökuməti Suriyanın rəsmi şəxslərini və mövcud hakimiyyətinə müxtəlif sahələrdə dəstək olan 13 təşkilatı sanksiya siyahısına salıb.

“Report” xəbər verir ki, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən məhdudlaşdırıcı tədbirlər tətbiq edilən bir neçə fərdi şəxs arasında ölkənin dörd kəşfiyyat qurumundan biri olan Suriya Baş Kəşfiyyat Direktorluğunun rəhbəri Hüsəm Məhəmməd Loka və Suriya Mərkəzi Bankının sədri Hazəm Yunis Kərful, habelə hakimiyyətlə geniş əlaqələri olan iş adamı Xodr Tahir bin Əli var.

Qeyd olunur ki, Xodr Tahir bin Əlinin sahibi olduğu, yaxud idarə etdiyi sahibkarlıq şəbəkəsində turizm, telerabitə, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərən şirkətlər var.

Bunlar arasında Bəşşar Əsədin qardaşı Mahir Əsədin başçılıq etdiyi və mövcud hakimiyyəti daxili və xarici təhlükələrdən qorumaq üçün yaradılmış elit hərbi birləşmə olan dördüncü diviziyanın əslində qeyri-rəsmi idarəetmə qolu olan “Castle Security and Protection LLC” adlı şirkət də var.




Ana səhifəyə qayıt        Baxış: 1 263          Tarix: 30-09-2020, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma