Xəbər lenti

Zaman-zaman Rusiya, İran, Şimali Koreya və bir çox ölkələrə qarşı sanksiyaları ilə gündəmə gələn ABŞ-ın hədəfində Türkiyə də var.

Ovqat.com xəbər verir ki, ABŞ-dan gələn bəzi xəbərlər Türkiyənin bir neçə sahədə sanksiyalarla üzləşə biləcəyini göstərir.

Məlumata görə, dünən, ABŞ Xəzinədarlığına bağlı Xarici Aktivlərə Nəzarət Dairəsi (Office of Foreign Assets Control - OFAC) Türkiyənin bəzi şəxs və şirkətlərinə İranla iqtisadi əlaqələrini davam etdirdiyinə görə embarqo qoyub. Türkiyə silah embarqosuna da məruz qala bilər.

Gözlənilən sanksiyalar bununla da bitmir. Türkiyənin digər qurum və fiziki şəxsləri də eyni aqibəti yaşaya bilər. Qardaş ölkəni gözləyən embarqoların motivlərini aşağıdakı kimi sıralamaq olar:

 

ABŞ Xəzinə Nazirliyinin dünən yaydığı bəyantda sanksiya siyahısına salınan doqquz türk və şirkətin İran hava yolu qurumu olan Mahan Air, Meraj Air, Caspian Airlines və Pouya Air ilə əlaqələri olduğu iddia edilir. Qara siyahıya salınanlar arasında Gülnihal Yeganə adlı şəxs ilə Trigron Logistika, RA Aviasiya, 3G Lojistik və RA Havaçılık şirkətləri də var. OFAC Gülnihal Yeganə ilə Türk şirkətlərini İranın 4 hava yolu şirkətinə ABŞ istehsalı olan materiallarla təmin etməkdə ittiham edir.

 Türkiyənin üzləşə biləcəyi sanksiyalardan biri də hərbi sənaye məhsullarıyla bağlıdır. Dövlət Departamentinin sədri Mayk Pompeo dünənkı açıqlamasında Türkiyəyə F-35 təyyarələrinin satılması ilə bağlı yekun qərarın hələ verilmədiyini söyləyib və bunun səbəbini NATO-dakı müttəfiqinin Rusiyadan S-400 raketləri almaq istəməsiylə əlaqələndirib. Pompeo çıxışında açıq şəkildə Türkiyənın rus raketlərinə  sahib olmasının qarşısını almaq üçün çalışmağa davam edəcəklərini vurğulayıb. Mütəxəssislərin fikrincə, bu fikirlər əslində ABŞ-ın Türkiyəyə tətbiq etdiyi hərbi embarqosunun etirafıdır.

Başqa bir məlumata görə, hazırda ABŞ Konqresinin 2 qanadında ən az 3 ayrı qətnamə layihəsində Türkiyənin S-400 almaqda israr etməsi və keşiş Brunsonu sərbəst buraxmaması halında ona qarşı embarqo tətbiq edilməsi təklif olunur.

Türkiyənin məruz qalacağı gözlənilən bir başqa sanksiya bank sistemini hədəf ala bilər. Bildirildiyinə görə, ABŞ Xəzinədarlığının Xarci Aktivlərə Nəzarət Ofisinin təklifləri arasında məşhur Zərrab məhkəməsinin müttəhimləri də var. Halkbankın İdarə Heyətinin sədr müavini Hakan Atillanı 6 ittihamdan 5-də suçlu bilən juri qərarından sonra bu sanksiyalar gözlənilən idi. Hüquqşünasların fikrincə, hətta Hakan Atilla heç bir cəza almasaydı belə, Zərrabın etirafları Türkiyəyə sanksiyalar tətbiq edilməsi üçün yetərliydi. Çünki Zərrab faktiki olaraq, nazirlərə rüşvət verərək, Halkbank üzərindən İran sanksiyalarını dəldiyini etiraf etmişdi və bu da OFAC-ın sanksiya qərarı verməsini şərtləndirir. Qardaş ölkənin “Hürriyet” qəzetinin ABŞ müxbiri Cansu Camlıbelin bildirdiyinə görə, Zərrabın etiraflarından sonra dartışıla biləcək mövzu “Halkbank”-a sanksiya tətbiq edilib-edilməyəcəyi yox, nə qədər cəza veriləcəyi olmalıdır.

 Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 142          Tarix: 25-05-2018, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma