![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 09:14
Dünən, 23:00
Dünən, 17:07
Dünən, 13:48
Dünən, 10:59
11-02-2025, 23:32
11-02-2025, 22:23
11-02-2025, 21:39
11-02-2025, 19:43
11-02-2025, 17:22
11-02-2025, 15:27
11-02-2025, 15:00
Fransanın hazırkı Prezidenti Emmanuel Makron dədə-baba ənənələrini davam etdirmək istəyir.![](/uploads/posts/2020-11/1605379362_idris1.jpg)
Fransanın günahsız insanları öldürməsi və özgə torpaqlarını işğal etməsi ənənəsi keçmişə dayanır. Qısa şəkildə birinə təmas edim.
Hələ 1798-ci ildə Misirə soxulan Napoleon Bonapart Qahirədə minlərlə insanın qanını axıtmış, şəhəri qarət etmiş, viran qoymuşdur. 1 iyul 1798-ci ildə İsgəndəriyyə şəhərinin müqavimətini qıran Bonapart Qahirəyə doğru irəlilədi. Elə həmin gün o, Misir xalqına müraciət etdi. Müraciətdə fransız inqilabının ideyaları qəribə şəkildə işğalçının yerli xalqın dini hissləri üzərində "həyasızcasına və demaqoqcasına oyunla" (Aleksandr Lutski, s.35) iç-içə girirdi. Napoleon bu müraciətində özünü həqiqi müsəlman, İslamın dostu və hamisi kimi təqdim edirdi. O, Osmanlı İmperiyasının ən zəngin əyalətini işğal edərək özünü "Türk Sultanının dostu" kimi təsvir edirdi. Guya Misirə gəlişinin məqsədi Sultanın, Misir xalqının və Fransanın düşməni olan "məmlükləri cəzalandırmaq" və Misirdə yaşayan fransızları müdafiə etmək idi.
Həya hissindən məhrum Napoleon müraciətinə "bismillah"la başlayır: "Bismilləhirrahmənirrahim! Lə iləhə illəllah!" (Rəhman və Rəhim Allahın adıyla. Allahdan başqa ilah yoxdur!).
Uzun -uzadı tarixi çıxış edən Napoleon vurğulayır ki, məmlük bəylərinin hakimiyyətinə son qoyulması kainatın sahibi Allahın hökmüdür:
"Misir xalqı! Sizə deyəcəklər ki, dininizi məhv etməyə gəlmişəm. Bu, yalandır! Ona inanmayın! O yalançılara cavab verib deyin ki, mən sizin hüquqlarınızı qorumaq, qəsbkarları cəzalandırmaq üçün bura ya gəlmişəm və mən məmlüklərdən daha çox Allaha, Peyğəmbərə və Qurana inanıram. Onlara deyin ki, bütün insanlar Allah qarşısında bərabərdirlər. Fərq yalnız ağıl, istedad və xeyirxahlığa görədir. Axı məmlüklər hansı ağıl, istedad və xeyirxahlıqları ilə fərqlənirlər ki, bütün zənginliklərə sahibdirlər?! Harada yaxşı torpaq varsa, onlarındır, harada yaxşı qul, kəniz, gözəl at, həşəmətli ev varsa, məmlüklərə məxsusdur. Amma unutmayın ki, Allah öz bəndələrinə qarşı rəhmli, mərhəmətli və ədalətlidir. Məhz Allahın təqdiri ilə bütün misirlilər layiq olduqları yerləri tutmalıdırlar. Ən ağıllılar, savadlılar, xeyirxahlar vəzifələrə təyin olunacaq və xalq rifah içində yaşayıb xoşbəxt olacaq...
...Şeyxlər, qazilər və imamlar! Xalqa deyin ki, fransızlar - əsl müsəlmanlardırlar. Məgər Romaya gedən biz deyildikmi? Getdik və və xristianları müsəlmanlarla müharibəyə təhrik edən Papanı cəzalandırdıq. Malta rıtsarlarını məhv edən biz deyildikmi? Bilirsinizmi niyə? Çünki o qanmazlar iddia edirdilər ki, Allah onlara müsəlmanlarla vuruşmağı əmr edib. Məgər biz Osmanlı Sultanının (Allah onun niyyətlərini gerçəkləşdirsin!) dostuna dost, düşməninə düşmən deyilikmi? Məmlüklər isə, əksinə, sultana tabe olmur və onun hakimiyyətinə qarşı üsyan edirlər..."
Bu ehtiraslı müqəddimənin ardınca konkret əmrlər gəlirdi. Təbii ki, maraqlı olsa da, hamısını təqdim etmək imkanım yoxdur. Amma onu da qeyd edim ki, müsəlman vaizi qismində çıxış edən, hətta İslam təlimindən faydalanaraq fransızların əsl müsəlman olduğunu deyib kütləyə oynayan ikiüzlü və həyasız Napoleon Bonapart Misirdə uzun müddət duruş gətirə bilməsə də, odlu-alovlu nitqindəki prinsiplərin tam ziddinə davranaraq minlərlə günahsız misirlinin qanını axıtdı, uşaq, qadın demədən öldürdü, qətl etdi.
Ona görə də, bu gün Fransanın Ruandada, Əlcəzairdə törətdiyi cinayətlər aydındır və onun Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi təəccüb doğurmur, çünki bu, onların dədə-baba adətləridir.
Hətta çirkin məqsədinə çatmaq üçün Napoleon "bismillah" oxuyaraq sadə, savadsız misirliyə özünün müsəlman olduğunu deyir, axşam qaranlığında isə məsum insanların qanını su yerinə axıdırdı.
Bu gün yəqin terroru, terrorçunu, hamının gözü qarşısında baş verən erməni vandalizmini, işğalını və terrorizmini dayanmadan müdafiə edən Fransanın hazırkı Prezidenti Emmanuel Makron da dədə-baba ənənələrini davam etdirmək istəyir. Amma tarixin dərslərinə arxa çevirən xalqlar və dövlətlər gec-tez səhnədən silinib gedirlər. Bir də cənab Makron unutmasın ki, özgəyə quyu qazan özü düşər. Parisdəki terrorların dəhşətini xatırlayıb bir az düşünsün, terrorun mənasını anlasın və ibrət alsın, xülyalara qapılmasın! Qloballaşma əsrində cılız düşüncələrlə dövləti idarə etmək yox, yalnız uçuruma aparmaq olar!
![](/uploads/posts/2020-11/1605379362_idris1.jpg)

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər