Xəbər lenti

ABŞ-ın eks-prezidenti Barak Obama, Fransa prezident seçkilərinin ikinci turunda Emmanuel Macronu dəstəklədiyini açıqlayıb.
Ovqat.com Moderator.az istinadən xəbər verir ki, Obamanın Fransa prezidenti seçkilərini qiymətləndirdiyi görüntülü mesaj, Macronun Twitter hesabından yayımlamıb.
"FRANSA SEÇİMİ ÇOX ƏHƏMİYYƏTLİDİR"
Bir dəqiqəlik videoda Obama, Fransız xalqına simpatiyası olduğundan və ABŞ prezidenti olduğu dövrdə Fransa ilə müvəffəqiyyətli işlərindən bəhs edir. "Fransa seçkiləri Fransanın gələcəyi və müdafiə etdiyimiz dəyərlər baxımından çox əhəmiyyətlidir." ifadələrini istifadə edən Obama, Fransanın müvəffəqiyyətinin bütün dünya üçün əhəmiyyətli olacağını qeyd edib.
"Daha yaxşı bir gələcək üçün söz verib"
Macron tərəfindən həyata keçirilən seçki kampaniyasını bəyəndiyini ifadə edən Obama, "Macron liberal dəyərləri müdafiə etdi. Avropa Birliyi (AB) və dünya daxilində Fransanın oynadığı əhəmiyyətli rolu ön plana qoydu. Fransız xalqına daha yaxşı bir gələcək üçün söz verdi." deyə bildirib.
"MACRONU dəstəkləyirəm"
"Bilməyinizi istəyirəm ki, sizi daha irəliyə aparması üçün mən Emmanuel Macronu dəstəkləyirəm." sözləriylə Obama dəstək çağırışı edib.
"YAŞASIN FRANSA"
Obama cümlələrini Macronun şüarı olan “En Marche” (Gediş) və "yaşasın Fransa" sözləri ilə bitirib.
Elşən Yəhyayev

 




Ana səhifəyə qayıt        Baxış: 1 006          Tarix: 5-05-2017, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma