Xəbər lenti


Virusla mübarizədə Respublikaçılarla Demokratların əməkdaşlığının çıxış yolu olduğunu bildirib

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti seçilmiş Co Bayden yeni tipli koronavirus epidemiyası ilə bağlı açıqlamasında deyib:  “Hələ ən qaranlıq günlər qarşıdadır”. O, bu sözləri ABŞ-ın Delaver ştatındakı çıxışında söyləyib. Bayden virus üzündən ölkədə gündəlik insan itkisinin 3 min nəfərə yaxın olduğunu nəzərə çatdırıb, qarşıdakı aylarda on minlərlə insanın virusn qurbanına çevriləcəyini söyləyib, peyvəndlərin belə ölümün qarşısını ala bilməyəcəyini iddia edib.

Bayden epidemiyanın qarşısının alınması üçün Respublikaçılar partiyası ilə Demokratlar partiyasının birlikdə əməkdaşlıq eləməli olduqlarını bildiirb. Virusla mübarizə üçün 900 milyard dollar vəsait ayrılması qərarı ilə bağlı senatorları təbrik edib.



Ana səhifəyə qayıt        Baxış: 2 717          Tarix: 23-12-2020, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma