Xəbər lenti
Ermənistan müdafiə nazirliyinin binası yaxınlığında Qarabağ müharibəsində iştirak edən könüllülər etiraz aksiyası keçirirlər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onlar pul köçürmələrini tələb edirlər.

“Cəbhədən 30 noyabrda dönmüşük, sonuncu dəfə Laçında olmuşuq. Hələ də pul təzminatını almaq üçün müxtəlif orqanlara müraciət edirik, lakin heç kim bizə cavab vermir. 30 dekabrda Nazirlər Kabinetinə, ondan iki gün əvvəl – müdafiə nazirliyinə müraciət etdik.

28 dekabrda nazirliyə gəldik, bizi polkovnik Ara Arakelyan qəbul etdi, bütün köçürmələrin 30 dekabr tarixində ediləcəyinə söz verdi, lakin bu, baş vermədi. Arakelyanla yenidən əlaqə saxladım, məsələnin bəzi sənədlərlə əlaqəli olduğunu söylədi ”, - cəbhəyə könüllü gedən David Ovannisyan deyib.

O, baş nazirinin köməkçisi Nairi Sarkisyanla da əlaqə saxladığını, qarşı tərəfdən tətildən sonra məsələnin həlli ilə məşğul olacaqları cavabının verildiyini söyləyib.

"General-mayor Vardan Avetisyanla da görüşdük, bu məsələ ilə müvafiq komissiyanın məşğul olduğunu, bu həftə qərar veriləcəyini dedi. Ancaq yenə də pulumuzu ala bilməmişik. Biz problemin nədə olduğunu, vəsaiti nə vaxt alacağımıza dair dəqiq cavab verilməsini tələb edirik", - erməni döyüşçülər deyiblər.



Ana səhifəyə qayıt        Baxış: 2 461          Tarix: 22-01-2021, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma