Xəbər lenti
ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp yeni təşkilat yaratdığını elan edib.

Virtualaz.org bildirir ki, bu barədə təşkilatın “Twitter” hesabında paylaşım edilib.
“Melaniya Tramp, “Melaniya Trampın ofisi”nin açılışını elan edir. Xəbərlər və yeniliklər üçün bizi bu hesabdan izləyin”, - paylaşımda deyilir.

Məlumata görə, “Melaniya Trampın ofisi” uşaqlara kömək məqsədi ilə yaradılıb. Təşkilatın qərargahı Florida ştatının Palm-Biç şəhərində yerləşəcək.

Xatırladaq ki, 20 yanvarda ABŞ-ın keçmiş prezidenti Donald Tramp və xanımı rəsmi olaraq Ağ Evi tərk ediblər.

Amerika mətbuatının yazdığına görə, Donald Trampın dövlət başçısı postundan getməsindən sonra həyat yoldaşı Floridada şəhərkənarı klubun spa salonlarında vaxt keçirir, həmçinin valideynləri ilə görüşür və həyətdə əri ilə nahar edir.



Ana səhifəyə qayıt        Baxış: 2 888          Tarix: 13-02-2021, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma