Xəbər lenti
Bu gün, 17:24
Bu gün, 16:20
Bu gün, 15:05
Bu gün, 14:00
Bu gün, 12:32
Bu gün, 12:00
Bu gün, 10:44
Bu gün, 09:57
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Fransa Prezidenti Emmanuel Makron Qərbi Afrikanın Sahel bölgəsindəki terrorçu dəstələrlə mübarizədə iştirak edən 5100 nəfərlik Fransa hərbi dəstələrinin sayını azaltmayacağını bildirib.
Axar.az “Əlcəzirə”yə istinadən xəbər verir ki, Makron qoşunların azaldılmasıyla bağlı bundan öncə verilən rəsmi açıqlamanı “səhv yanaşma” kimi qiymətləndirib.
O, bu barədə qərarı Sahel bölgəsi ölkələri – Burkina-Faso, Çad, Mali, Mavritaniya, Nigerin başçıları ilə virtual görüşdən sonra qəbul etdiyini bildirib. Makron zamanı gəldikdə qoşunların sayına dəyişiklik edəcəyini, amma bunun dərhal olmayacağını söyləyib.
Qeyd edək ki, Fransa qoşunları 2013-cü ildən Malidədir. Parisin burada apardığı əməliyyat “Barxan” adlanır. Əməliyyatda Fransa ilə bərabər Çad, Niger, Burkina-Faso və Mavritaniya da iştirak edir.
Sahel ragionuna ümumilikdə 10 ölkə daxildir: Seneqal, Mavritaniya, Mali, Əlcəzair, Burkina-Faso, Niger, Nigeriya, Kamerun, Çad, Sudan və Eritreya.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar