Xəbər lenti
İranın tamamilə yerli istehsalı olan “Məsaf” avtomatı Silahlı Qüvvələrin istifadəsinə verilib və yaxın gələcəkdə orduda istifadə olunan avtomat silahlar dəyişdiriləcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın müdafiə naziri, general-mayor Əmir Xatəmi məlumat verib.

O bildirib ki, iranlı konstruktorlar piyada qoşunlarının tələbatını nəzərə alaraq bu silahı hazırlayıblar. General-mayorun sözlərinə görə, İran silahı olan “Məsaf” avtomatı dünyanın modern silahları ilə rəqabət qabiliyyətinə malikdir.

“Məsaf” digər avtomat silahlardan çəkisinə görə fərqlənir və nişangahla təchiz olunub. Bu silah ən qısa müddətdə və xüsusi vasitələrə ehtiyac olmadan snayper və tüfəng tiplərinə çevrilə biləcək formada konfiqurasiya edilib.



Ana səhifəyə qayıt        Baxış: 2 455          Tarix: 10-03-2021, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma