Xəbər lenti


Şərqi Aralıq dənizində gərginliyi artıran Yunanıstanda hökuməti iqtisadi böhrana baxmayaraq silahlanmaya həddindən artıq vəsait yğnəldir. Buna qarşı çıxan insanları inandırmaq üçün isə qeyri-hökumət təşkilatlarını da bu işə cəlb etməyə başlayıb.

Yunanıstanda 2020-ci ilin oktyabrında qurulan Yunan Donanması Fondu Birliyinin İdarə Heyətinin sədri Prodromos Emfiecioglou, bütün yunanlıları yeni hərbi gəmilərin alınması üşün ölkənin donanmasına kömək etməyə dəvət edib.

"Yeni sualtı gəmiləri çıxmaqla, digərləri artıq köhnəlib. Təcili donanmamızı gücləndirməliyik. Türkiyədən birbaşa təhlükə gəlir. “Ərdoğanın Türkiyəsi” güclü donanma yaradır. Şərqi Aralıq dənizi və Egey dənizində zamanla tam hakim olmaq üçün üçün yeni və müasir gəmilər inşa edir. Artıq daha güclüdürlər. Buna görə də "Averof II - Yunan donanması Fondu" Dərnəyini qurduq.

 İndi isə sizi üzv olmağa, bizi dost olaraq qəbul edib izləməyə və bu müqəddəs məqsədə töhfə verməyə dəvət edirik” – deyə, Emfiecioglo çağırışda bildirib.

Digər tərəfdən, Yunanıstanın 2021 müdafiə büdcəsində silahlanmanın payı keçən ilə nisbətən 5 dəfə artarılaraq 2,5 milyard avroya qaldırılıb. Ölkənin təsdiqlənmiş ümumi müdafiə büdcəsi 5,49 milyard avrodur. 

/azpolitika.info/



Ana səhifəyə qayıt        Baxış: 2 631          Tarix: 16-03-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma