Xəbər lenti

 
 
Dünən Brüsseldə Avropa Birliyinin 27 ölkəsinin Xarici İşlər nazirlərinin görüşündə Rusiyanın region ölkələrlə bağlı siyasəti müzakirə olunub.
 
Ovqat.com “Polskie Radio”-ya istinadən xəbər verir ki, Polşanın Xarici İşlər naziri Zbiqnyev Rau Avropa İttifaqını Belarus müxalifətinə “çox zəif dəstək vermək”də günahlandırıb.
 
Polşalı nazir Avropa Komissiyasını Belarus müxalifəti hakimiyyətə gəldikdən sonra onu “iqtisadi şoklardan və böhranlardan qorumaq” üçün Minskə iqtisadi dəstək proqramının hazırlanmasını sürətləndirməyə çağırıb.
 
Zbiqnyev xatırladıb ki, bu proqramın hazırlanması ideyası ötən il qəbul olunmuş və Avropa Birliyindəki müəyyən hakim dairələrin dəstəyini almağa müvəffəq olmuşdu.
 
Ancaq bu gün hər şeyin hələ də yerində saydığını görürük. Avropa Birliyinin belə passiv mövqeyi ortaq maraqlarımıza cavab vermir. Başa düşürük ki, indi AB-nin başqa problemləri var - pandemiya, peyvənd çatışmazlığı və s. Ancaq yardım proqramı qonşu ölkədəki böhranlı vəziyyətin həllinin açarlarından biridir”, - nazir belə deyib.
 
Doğrusu, polşalı nazirin bu iradı yada Molla Nəsrəddinin arvadı ilə bərabər eşşəyə tövlə tikmək hikayəsinə bənzəyir. Nəql edirlər ki, Molla əlindəki çubuqla göstərə-göstərə xanımına deyir:
-Ay arvad, burda bir tövlə tikərik. Eşşəyimizi də bax, bura bağlayarıq...
Arvad hövlnak özünü Mollanın üstünə ataraq qışdırır: 
-Yavaş ol, ay kişi. Çubuqla basıb eşşəyin gözünü çaxararsan.
Molla ilə arvadının tövlə planlaşdırmasına oxşamasın, Lukaşenko hakimiyyətdə, müxalifət yox səviyyəsində, rus ordusu Minks küçələrində, üfüqdə ümid doğuran heç nə görünmür, Polşanın Xarici İşlər naziri Zbiqnyev Rau isə Avropalı həmkarları ilə “post-Lukaşenko Belarus”una iqtisadi yardım barəsində düşünür.
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 4 847          Tarix: 23-03-2021, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma