![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Dünən, 23:59
Dünən, 22:00
Dünən, 20:21
Dünən, 17:48
Dünən, 12:13
Dünən, 11:51
Dünən, 00:02
7-02-2025, 21:30
7-02-2025, 20:57
7-02-2025, 18:17
7-02-2025, 18:00
7-02-2025, 15:00
7-02-2025, 13:47
![](/uploads/posts/2021-04/1618843752_kremlin_den_navalniy_aciklamasi_h497582_384d6.jpg)
“Rusiya ərazisindəki məhkumların və tutulanların sağlamlıq vəziyyəti digər ölkələrə dəxli yoxdur, olmamalıdır”.
Ovqat.com xəbər verir ki, Kremlin Mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin Milli Təhlükəsizlik müşaviri Jake Sullivanın Rusiyada həbsxanada yatan və səhhəti pisləşən Navalni ilə bağlı açıqlamalarına reaksiya verərkən belə deyib.
O, bildirib ki, Moskva başqa dövlətlərin nümayəndələri tərəfindən edilən bu cür açıqlamaları heç bir şəkildə qəbul edə bilməz.
ABŞ-ın sanksiyalarına qarşı eyni üslubla cavab verəcəklərini vurğulayan Peskov deyib:
"Burada qarşılıqlı əlaqə prinsipi tamamilə sabitdir və bu qarşılıqlılıq əsasında qərarlar qəbul edilmişdir. Rusiyanın qisas sanksiyaları ilə bağlı qərarlar daha da artırılacaq. Sanksiyalar davam edərsə, təbii ki, hər dəfə müvafiq tədbirlər görüləcək”.
Xatırladaq ki, dünən Rusiya Həkimlər Assosasiyasının sədri Anastasiya Vasilyeva 3 həftədir aclıq edən Navalninin səhhətinin pisləşdiyi və hər an ölə biləcəyi barədə Twitter hesabından məlumat paylaşmışdı. Məlumata dünya dövlətlərinin reaksiyası sərt olmuşdu.
Dünən Ağ Evin Milli Təhlükəsizlik Məsləhətçisi Ceyk Sullivan, həbsxanada aclıq aksiyasına başladığı üçün səhhətinin pisləşdiyi bildirilən Aleksey Navalnini müdafiə edərək demişdi:
"Biz Rusiya hökumətinə Navalniylə bağlı baş verən hadisələrə görə cavabdeh olduqlarını və Rusiyanın beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıdığını çatdırdıq. Biz onlara Navalni ölsə, bunun nəticələrinin olacağını söylədik."
AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali komissarı Cosep Borrell də Rusiyanı həyati problemlər yaşayan Navalniyə lazımi dəstək verməyə çağırmışdı:
"Biz Rusiya hakimiyyətini Navalninin etibar etdiyi səhiyyə mütəxəssislərinə təcili olaraq köçürməyə çağırırıq. Rusiya rəsmiləri insanların təhlükəsizliyi və sağlamlığı üçün məsuliyyət daşıyırlar. Moskva Navalninin təhlükəsizliyinə və sağlamlığına cavabdehdir”.
İngiltərə Xarici İşlər Nazirliyi də həmçinin Rusiyanı "siyasi səbəblərdən" tutulan Navalnini dərhal sərbəst buraxmağa çağırmışdı.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər