Xəbər lenti

 
 
İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ölkə parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin iclasında həftələrdir dünya mediyasının gündəmindən düşməyən müsahibəsi ilə əlaqədar hesabat verib.
 
Ovqat.com-un məlumatına görə, bunu komissiyanın sözçüsü Abolfazl Amouei İran KİV-inə açıqlamasında bildirib.
 
Sözçünün dediyinə görə, toplantıda Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ilə yanaşı parlamentin digər qurumlarından da 12 nəfər iştirak edib. 
 
 
Müzakirələrin mərkəzində isə Zərifin "ictimai rəydə yaratdığı uçurum" yer alıb və Xarici İşlər naziri müsahibəsində dilə gətirdiyi fikirləri gələcək nəsillərin araşdırması üçün açıqladığını bildirib.
 
Gələcək rəhbərliklərin XİN-in işlərinin müxtəlif aspektlərini öyrənə bilməsi üçün Zərif iqtisadçı Səid Laylazla verdiyi səsli müsahibə verib. Müsahibədə Xarici İşlər nazirinin bölgədəki geosiyasi proseslərdə dominant rol oynamadığından şikayətlənib. Zərif Tramp administrasiyası tərəfindən qətlə yetirilən keçmiş “Qüds gücü” briqadasının komandiri general Qasim Süleymaninin özbaşına qərarlar verdiyini və rəhbərliyin tövsiyələrinə qulaq asmadığını söyləyib. Halbuki, İslam İnqilabı Keşikçiləri Korpusunun nəzdində fəaliyyət göstərən “Qüds gücü”nün baş komandiri hökumətə yox, ali rəhbərə hesabat verir”,- komissiyanın sözçüsü belə deyib.
 
Sözçü həmçinin vurğulayıb ki, Zərif iclasda səsyazının yalnız kiçik bir hissəsinin ictimaiyyətə yayımlanması üçün nəzərdə tutulduğunu və müsahibin razılığı olmadan qeydin heç bir hissəsinin yayımlanmamasının gərəkliliyini bildirib.
 
Amoueinin verdiyi məlumata görə, Zərif, Süleymani ilə dost olduğunu vurğulayıb və onu yalnız bir komandir olaraq görüb və Süleymaninin “əhəmiyyətini (boyunu) kiçiltməyə” çalışmayib: “Zərifin bildirib ki, döyüş sahəsi və diplomatiyanın iki ayrı yol olması onun mövqeyi deyil; daha doğrusu, onları bir vahid olaraq görür”.
 
Zərifin komissiya qarşısında verdiyi hesabatda ən önəmli xüsus onun “heç bir şərtlə” növbəti prezident seçkilərində namizəd olmayacağını bildirməsi olub ki, müşahidəçilərin fikrincə, bu da onun üzərindəki bir çox şübhələri dağıdır. Belə ki, mülahizələrə əsasən, səs yazısı Zərifə yaxın insanlar tərəfindən də yayıla və məqsəd bu yay keçiriləcək prezident seçkiləri ərəfəsində öz reytintiqini yüksəltmək ola bilərdi. Bu fərziyyə sübuta yetirilməsə də hər halda, Zərifin seçilməmiş dövlət qurumlarının, daha yalın dillə desək, teokratik hakimiyyətin siyasətinə qarşı çıxan biri kimi islahatçılar arasında nüfuq qazanmağa çalışması ehtimalı vardı. Zərifin seçkilərdə iştirakdan imtina etməsi bu mülahizənin üzərindən qara xətt çəkir.
 
Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin digər üzvü İbrahim Rezai də media açıqlamasında Zərifin hesabatından danışıb. O, Xarici İşlər nazirinin seçkilərdə namizəd olmayacağını söyləyərkən əlini Qurana basması barədə internetdə yayılan şayiələri təkzib edib. Rezaiyə görə, Zərifin qarşıdakı seçkilərdə namizəd olmaq narahatlığı Vyanada davam edən nüvə danışıqlarını seçki təbliğatına çevirmək istəməməsi ilə əlaqəlidir. Qeyd edək ki, Zərif və İran XİN hazırda ABŞ-ın Donald Trampın çıxdığı Birgə Hərtərəfli Fəaliyyət Planına yenidən qayıtması barədə danışıqlar aparır. İran bu danışıqlarda nüvə sazişinin tam yerinə yetirilməsini tələb edir. 
 
Xatırladaq ki, 2013-cü il seçkilərində nüvə sazişi və sanksiyaların yüngülləşdirilməsi ilə bağlı təşviqat Həsən Ruhani rəhbərliyinin əsas prioritetlərindən idi.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 894          Tarix: 11-05-2021, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma