Xəbər lenti

 
Fələstində yalnız Fəth Hərəkatının yer almadığı bütün silahlı qanadlı müqavimət qruplarının birləşdiyi Birgə Əməliyyat Mərkəzi İsrailə qarşı qisas hərəkatına başladığını bəyan edib.
 
Ovqat.com xəbər verir ki, mərkəzdən yaydığı açıqlamada Qəzzanın şimalında artıq “işğalçı qüvvələrə aid bir hərbi zirehli maşının vurulduğu” və Qüdsə çoxsaylı raket zərbələri endirildiyi bildirilib.
 
Məlumata görə, əməliyyat “Qüds qılıncı” adlanır və son damla qana qədər davam edəcək.
 
"Əvvəllər düşmənə müqəddəslərimizə və xalqımızın övladlarına təcavüz siyasətində israrından əl çəkməsi barədə xəbərdarlıq etmişdik. Ancaq nə çəkindirəni, nə də vicdanı olmayan İsrail zülmünə davam etdi. Bu səbəbdən də etdiklərinin hesabını ödəməyin vaxtı gəldi. Biz bütün gücümüzü xalqımızın övladlarının hər yerdə himayəsi üçün səfərbər etdik və nəticəsi nə olursa olsun, onlara arxa çevirməyəcəyik. Harada olursa olsunlar, silahımız bütün xalqın silahıdır", - ortaq bəyanatda qeyd olunur.
 
Qeyd edək ki, işğal olunmuş Şərqi Qüdsün Şeyx Cərrah məhəlləsində fələstinliləri məcburi köçə məcbur etmək təhdidi ilə gərgin günlər yaşanır. İsrail polisinin Məscidül-Əqsada etdiyi hücumlar da bu müqəddəs şəhərdəki gərginliyi daha da artırır.
 
İsrail polisi 7 mayda gecə namazı zamanı Məscidül-Əqsaya basqın edərək camaata plastik güllə və səs bombası atəş açmışdı. Bölgədəki gərginliyi artıran hücumda 300-dən çox fələstinlinin yaralandığı bildirilir.
 
Məlumata görə, İsrail polisinin gözyaşardıcı qaz, plastik güllə və səs bombaları ilə davam etdirdiyi dünənki müdaxiləsində isə 331 nəfər yaralanıb.
 
Fələstin Səhiyyə Nazirliyinin bugünkü açıqlamasında isə İsrailin Qəzza hücumünda 9-u uşaq olmaqla 20 fələstinlinin şəhid olduğunu və yaralıların sayının 95-ə yüksəldiyini açıqlayıb.


Ana səhifəyə qayıt        Baxış: 5 658          Tarix: 11-05-2021, 13:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma