Xəbər lenti


Belarusun daxili işlərinə qarışmayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba Minskdə “Ryaneyr” təyyarəsi ilə bağlı insident barədə danışarkən deyib.

“Bildirmək istəyirəm ki, Ukrayna heç vaxt Belarusun daxili işlərinə qarışmayıb, qarışmır və qarışmayacaq. Dövlət olaraq bizi Belarusun azad və demokratik ölkə olması maraqlandırır”, - deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko özünü dünya və Ukrayna ilə mədəni dialoq imkanlarından məhrum edir.

Qeyd edək ki, Ukrayna da bir çox Avropa ölkəsi kimi, Belarusla aviaəlaqələri dayandırmaq barədə qərar qəbul edib.



Ana səhifəyə qayıt        Baxış: 3 227          Tarix: 28-05-2021, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma