Xəbər lenti
 
 

Ukrayna Belarusla dialoq prosesinə ara verib”.
 
 Ovqat.com xəbər verir ki, Ukraynanın XİN naziri Dmitri Kuleba "1+1" telekanalına açıqlamasında belə deyib.
 
"Mən bunu sizə rəsmi olaraq deyə bilərəm. Biz vəziyyətin inkişafını izləyirik. Ukraynaya nüfuz, mənəvi, etik itkilər gətirməyəcəyinə əmin olduqdan sonra bu təmaslar bərpa olunacaq", — deyə o bildirib.
 
Nazir, Ukrayna prezidenti Vladimir Zelenskinin həmkarı Aleksandr Lukaşenko ilə sonuncu dəfə Belarusda keçirilən prezident seçkilərindən əvvəl ünsiyyət qurduğunu söyləyib.
 
"İndi prezidentlər arasında əlaqə yoxdur və planlaşdırılmır", — Kuleba bildirib.
“Bundan başqa, Kiyev lazım gələrsə, Donbasla bağlı danışıqlar məkanının Belarus paytaxtından ayrı yerə köçürülməsi barədə qərar qəbul edə bilər. Lakin hələlik bunun mənası yoxdur”, - deyən diplomat öz fikrini belə əsaslandırıb: "İndi Minskdə aparılan danışıqlar prosesinin yalnız quru adı qalıb, çünki pandemiyaya görə bütün görüşlər onlayn rejimdə keçirilir. Ona görə də heç kim oraya getmir, Minsklə heç bir fiziki əlaqə yoxdur, bu adlandırma daha çox rəmzi xarakter daşıyır".
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 029          Tarix: 28-08-2020, 02:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma