Xəbər lenti

“Lukaşenko artıq seçimini edib - o, Rusiyanın və Putinin yanındadır”

“Aleksandr Lukaşenkonun gizlicə həyata keçirdiyi “andiçmə mərasimi” onu Belarusun legitim prezidenti etmir”.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, belə bir cəsarətli bəyanat Ukrayna xarici işlər naziri Dmitri Kulebanın dilindən sələndirliib.
Ukrayna xarici siyasətinin başçısı burada “inauqurasiya” sözünü dırnaq içində qeyd etməklə bərabər, yuxarıdakı cümlənin dövlətinin rəsmi mövqeyini əks etdirdiyini diqqətə çatdırıb.

Nazir Kuleba Ukrayna və Belarus arasında minlərlə kilometrlik sərhədin olduğunu qəbul etdiklərini, lakin rəsmi Minskin tamamilə Rusiyanın şərtləri ilə onun tərəfinə keçməsinin vəziyyəti dəyişdirdiyini qeyd edib.

“Hesab edirik ki, Ukraynaya düşmən münasibətdə olan dövlətə sıx şəkildə bağlanan, öz ölkəsində sistemli şəkildə insan hüquqlarını pozan bir “hakimiyyətlə” “xalq” arasında seçim etmək lazımdrısa, biz həmişə xalqın tərəfində olmalıyıq. Əlbəttə, bununla bağlı doğa biləcək riskləri də dərk edirik, lakin elə anlar var ki, artıq burada aprinsiplər üstünlük təşkil etməlidir”,-deyə Ukrayan XİN-in bəyanatında bildirilir.

“Aleksandr Lukaşenko öz seçmini edib. O, Rusiyanı və Vladimir Putini seçib. Bu isə artıq konfrontasiya deməkdir”,-deyə Dmitri Kuleba vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 625          Tarix: 26-09-2020, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma