
Xəbər lenti
Dünən, 22:29
Dünən, 20:52
Dünən, 17:10
Dünən, 17:00
Dünən, 14:54
Dünən, 10:10
22-08-2025, 23:30
22-08-2025, 22:39
22-08-2025, 21:15
22-08-2025, 20:35
22-08-2025, 20:00
22-08-2025, 18:20
22-08-2025, 17:10
22-08-2025, 16:44
22-08-2025, 15:27
22-08-2025, 14:30
22-08-2025, 14:00
22-08-2025, 12:05

Xəbər verdiyimiz kimi, ötən gün İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ-la kəllə-kəlləyə gəlmiş olsalar belə, İranın nüvə proqramının qarşısını alacağını bildirmişdi. Onun bu sözləri istər-istəməz ağıllara müəyyən suallar gətirmişdi: görəsən iki strateji müttəfiqin İranla bağlı siyasətində haçalanmamı yaranıb? ABŞ İranla bağlı ənənəvi siyasətini dəyişibmi?
Ovqat.com-un məlumatına görə, ABŞ Prezident Administrasiyasının sözçüsü Jen Psaki bu gün keçirdiyi mətbuat konfransınd, bu suallara aydınlıq gətirib.
Xanım diplomat jurnalistləri əmin edib ki, ABŞ-ın İranla bağlanan nüvə anlaşmasına dair mövqeyi dəyişməyib.
Elədirsə, Netanyahu məlum bəyanatı ilə nə demək istəyib?
Psakinin bu suala cavabı xeyli sadəliyi ilə seçilib: "Bu açıqlamalar Netanyahunun öz mövqeyidir. Bizim və Prezident Bidenin məsuliyyəti isə ABŞ-ın maraqlarına uyğun hərəkət etməkdir”.
Psaki, Donald Tramp administrasiyasının İranla bağlanan nüvə anlaşmasından çıxması ilə bu ölkənin nüvə potensialına nəzarəti itirdiklərini vurğulayaraq deyib: "İranla diplomatik bir razılaşma əldə edərək bu nəzarət qabiliyyətini bərpa etmək istəyirik. Bunu yenidən bərpa etdikdən sonra son illərdə olduğu kimi İsraili məlumatlandırmağa davam edəcəyik. Məsələ ilə bağlı mövqeyimiz isə dəyişməyib”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar