Suriyadakı terrorçu qruplaşmalar kimyəvi silahdan istifadə etməklə təxribat hazırlıqlarındadır. Virtualaz.org bildirir ki, bu barədə RİA “Novosti” agentliyinə diplomatik mənbələrdən məlumat daxil olub. Hücum Suriyanın Deraa vilayətindəki rayonlardan birində həyata keçirilməlidir.
Mənbənin bildirdiyinə görə, Suriyanın etibarlı siyasi-hərbi mənbələrindən verilmiş məlumata əsasən, silahlılar bu hücumu artıq bir neçə həftədir ki, hazırlayırlar.
“Terrorçuların düşüncəsinə görə, yaxın günlərdə Deraa vilayətinin rayonlarından birində zəhərləyici maddələr doldurulmuş bir neçə partlayıcı qurğu işə salınacaq. Təxribat 2017-ci ilin may ayında İdlib vilayətində baş vermiş hadisəyə analoji olaraq həyata keçiriləcək”, - mənbə deyib.
Onun sözlərinə görə, artıq bir neçə peşəkar jurnalist bu hadisənin işıqlandırılması üçün təxribatın törədiləcəyi yerə ezam edilib.
“Təxribatın məqsədi Suriya Ərəb Respublikasının hazırkı iqtidarının güc yolu ilə devrilməsi üçün Suriya ərazisinə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin müdaxiləsinə zəmin yaratmaqdır”, - diplomat əlavə edib.
Əlavə olunur ki, iyunun 29-da Rusiya tərəfi terrorçuların bu planları barədə koalisiyanın hərbi rəhbərliyini məlumatlandırıb.
Xatırladaq ki, iyunun 27-də Ağ Ev Suriya hakimiyyətini kimyəvi silahlardan istifadə etməklə yeni hücumun hazırlanmasında ittiham etmişdi. Rəsmi Dəməşq bu iddianın həqiqətə uyğun olmadığını bildirmişdi.
Virtualaz.org
Paylaş: