Xəbər lenti

 
Qəbul etsək də qəbul etməsək də, Ərdoğan Türkiyəni demək olar ki, Kamal Atatürk qədər idarə etmiş və onun imicini müəyyənləşdirmiş bir liderdir. Düşünürəm ki, həyatında çox şey əldə etmiş bir insandır. Harada başladığını və ölkəsinin imicini necə formalaşdırdığını və gücləndirdiyini düşünərsək, bu, onunla söhbət edərkən nəzərə alınacaq bir xüsusdur”.
 
Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan barədə bu xoş sözləri qardaş ölkənin 1 nömrəli düşməni kimi çıxış edən Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias bildirib.
 
O, ölkəsinin “Newsbomb” xəbər saytının internetdə yayımlanan “Görüş nöqtəsi” proqramında Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı fikirlərini ifadə edərkən Rəcəb Tayyib Ərdoğan haqqında düşüncələrini də gizlətməyib.
 
 Dendias, Prezident Ərdoğanla dəfələrlə görüşdüyünü və ən son Ankaradakı Prezident Kompleksində onun qonağı olduğunu deyib: “Prezident Ərdoğan şəxs olaraq qonaqpərvər bir insandır. Şəxsi münasibətlərdə səmimi insan olduğunu deyə bilərəm. Digər tərəfdən, Yunanıstan bölgədəki siyasəti ilə radikal əks mövqe tutur və bizim fikirlərimizlə qətiyyətlə razı deyil. Bunu açıq şəkildə deməliyik: bu, onun səmimi düşüncədir. Hər kəsin öz fikri var”.
 
Ərdoğanın bölgədə əhəmiyyətli bir faktor olduğunu dilə gətirən Dendias onun təxmin olunmaz qərarlar verə biləcəyi iddiaları ilə razılaşmır. "Prezident Ərdoğanın nə edəcəyi bilinməz olduğunu düşünmürəm. Düşünürəm ki, onun həyata keçirdiyi siyasətdə təxminedilməz lider kimi  görünməsi işinə yarayır. Amma zənnimcə, onun hər siyasətlə bağlı müəyyən bir strategiyası var".
 


Ana səhifəyə qayıt        Baxış: 5 043          Tarix: 11-07-2021, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma