Xəbər lenti

Əfqanıstanın Birinci vitse-prezidenti, əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edən Əmrullah Saleh sosial şəbəkə vasitəsilə ölkə vətəndaşlarına müraciət edərək onları birliyə səsləyib: “Pəncşir Əfqanıstan deməkdir. Beləliklə, Pəncşirlə ayağa qalxın və bir səs olun. “Taliban” vadiyə humanitar girişi bağlayıb və onların hərəkəti beynəlxalq hüquqa görə müharibə cinayəti sayılır”.

Ə.Saleh deyib ki, minlərlə ailə bura sığınarkən həkimlərin, dərmanların və ləvazimatların girməsinə icazə vermirlər. Telefon xətləri tamamilə sıradan çıxıb və üç gündür enerji axını kəsilib. “Taliban” bir çox insanın əmlakını və pulunu əlindən alır və gənclərdən mina kimi istifadə edir ki, bu da hələ də hərbi cinayət sayılır: “Bu cinayətləri qeyd etmək və səsimizi qaldırmaq müqavimətdən başqa bir şey deyil.

 Bizimlə olun. Müqavimət təslim olmur və olmayacaq. Yalnız öz qanuni siyasi tələbləri ilə razılaşmağa hazırdır”.
Ə.Saleh sonda qeyd edib ki, onun internetə çıxışı var və sağ ikən “Taliban” onun səsini boğa bilməyəcək.
AzPolitika.info


Ana səhifəyə qayıt        Baxış: 2 554          Tarix: 4-09-2021, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma