Xəbər lenti
 
 
Beynəlxalq Kosmik Stansiyada yanğın (BKS) baş verib.
 
Ovqat.com-un bildirdiyinə görə, məlumat stansiyanın ekipajı tərəfindən açıqlanıb.
 
Ekipaj xəbər verib ki, stansiyada yanmış plastik materialın tüstüsü və qoxusu yayılıb. Yanğının mənbəyi hələ tapılmayıb. 
 
Hələlik bütün sistemlər təyinatına uyğun şəkildə işləyir, stansiyanın bortunda havanın tərkibi də normativə uyğundur”, - məlumatda qeyd olunur.
 
BKS çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. Stansiya 23 ölkənin iştirakı ilə beynəlxalq layihə kimi fəaliyyət göstərir. İştirakçı dövlətlər bunlardır: Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya.
 
Bu orbital stansiyanın dəyəri 150 milyard dollardır və tarixdəki ən bahalı kosmik layihə hesab olunur. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən göy üzündə yığılıb.
 



Ana səhifəyə qayıt        Baxış: 4 790          Tarix: 9-09-2021, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma