Xəbər lenti

“ABŞ Əfqanıstandan çıxarkən Çin və Rusiya üçün Amerika hərbi texnikasını yenidən qurmaq üçün qapı açır”.

“Fox News” xəbər xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Tam ölçü” (“Full Measure”) proqramına verdiyi müsahibəsində deyib. Tramp, Əfqanıstandan geri çəkilməni “bacarıqsız” adlandıraraq, bunun ABŞ-ı təhlükəyə atacağını və düşmənlərinə fayda verəcəyini xəbərdar edib.

Keçmiş Prezident Əfqanıstanda müharibənin bitib-bitmədiyinə dair şübhələrini dilə gətirərək, ABŞ və dünyada nə qədər yoxlanılmamış əfqan qaçqının məskunlaşdığını qeyd edib: “Bilmirəm, çünki hazırda dünyanın hər tərəfinə gedən və dünyanın hər tərəfinə atılan insanlar var, heç kim onların kim olduğunu bilmir. Bunlar işə götürdüyümüz tərcüməçilər deyil. Bunlar təyyarələri sındırıb içinə girən insanlar idi. Bu insanların çoxu terrorçu olacaq. Yaxşı? Terrorçu olacaqlar. Çox güclü idilər. Təyyarəyə minəndə çox enerjili idilər”. Tramp sözünə davam edərək, “ölkənin rəqibləri artıq Amerika qoşunlarının orda qoyduğu silah, zirehli maşın və təyyarə ehtiyatlarından istifadə edir. İndi soruşuram, bu avadanlığı necə götürə bilərlər? Və zəmanət verirəm ki, Çin və Rusiyada artıq “Apache” helikopterlərimiz var və necə hazırlandığını öyrənmək üçün onları sökürlər. Onlar dünyada ən yaxşılarıdır. Və eyni avadanlığı hazırlamaq üçün onları ayırırlar. Bu işdə çox bacarıqlıdırlar. Bu, rüsvayçılıqdır”, - deyib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 215          Tarix: 14-09-2021, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma