Xəbər lenti

Almaniyada Bundestaqa seçkilər keçirilir. Məhz bu seçkilər ölkənin növbəti dörd il ərzindəki siyasi gələcəyini müəyyən edəcək.

Builki seçkilər hazırkı kansler Angela Merkelin 16 illik hakimiyyətinin sona çatmasıyla əlamətdardır. Onun yerini tutacaq şəxsin adı isə seçkilərin nəticələrindən asılı olacaq.

Qeyd edək ki, seçkilərdə başlıca mübarizə Almaniya Sosial Demokrat Partiyası (əsas namizəd Olaf Şolts) ilə Xristian Demokratik və Xristian Sosialist İttifaqları bloku (əsas namizəd Armin Laşet) arasında gedir.

Oxu.az


Ana səhifəyə qayıt        Baxış: 2 447          Tarix: 26-09-2021, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma