Xəbər lenti

Almaniya kansleri Angela Merkel yeni Nazirlər Kabinetinin dekabrın 25-də qeyd olunan katoliklərin Milad bayramına qədər formalaşdırılacağını deyib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, jurnalistlər həmçinin kanslerdən yeni hökuməti təmsil edə biləcəyinə nə dərəcədə əmin olması ilə maraqlanıblar.

"Mən ümumiyyətlə həmişə əminəm. Bundan əlavə, mənim uzun illərdir bir şüarım var: güc sülhün arxasında gizlənir", — deyə o bildirib.

Sentyabrın 24-də Almaniyada parlament seçkiləri keçirilib. "Exit poll"un nəticələrinə görə, kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiya alyansı 32,5% səs çoxluğu ilə qalib gəlməkdədir. Martin Şultsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası seçkilərdə 20 faiz səs toplayır. Həmçinin siyahıda 13,5% səslə üçüncü yerdə qərarlaşan "Almaniya üçün Alernativ" sağçı partiyası ilk dəfə olaraq Bundestaqa daxil olmaq üzrədir.

Parlamentə ümumilikdə 6 partiya keçir.




Ana səhifəyə qayıt        Baxış: 650          Tarix: 25-09-2017, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma