Xəbər lenti

 ABŞ Prezidenti Donald Trampın Polşaya səfəri Avropada narahatlıq yaradıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qardian” qəzeti yayıb. Avropada narahatlıq xüsusən Trampın Avropa Birliyi tərəfdarı olmaması ucbatından yaranıb. Qəzet Polşa mətbuatının artıq Trampın səfərini 1963-cü ildə Con Kennedinin Qərbi Berlinə səfəri ilə müqayisə edib:

“Brüsseldə bu səfərdən artıq narahatdırlar. Brüssel xüsusilə Trampın rəsmi Varşavanın demokratik institutlara hücumuna və miqrantları qəbul etməkdən imtina etməsinə dəstək verməsindən narahatdır”.

Qeyd edək ki, Tramp Polşaya sabah gələcək.

Polşanın son zamanlar Avropa Birliyinin lider ölkələri ilə münasibətləri gərginləşib. Xüsusilə Varşava ilə rəsmi Berlin gərginlik yaşayır.




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 5-07-2017, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma